Azərbaycanın dayanıqlı şəhər və iqlim təşəbbüsləri “Innovate4Cities 2026” konfransında təqdim olunub - FOTO
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının təşkilatçılığı ilə Keniyanın paytaxtı Nayrobi şəhərində iqlimə dayanıqlı şəhərlər ilə bağlı üç min nəfərdən çox fiziki və onlayn iştirakın olduğu "Innovate4Cities" adlı 3 günlük Konfrans (I4C26) baş tutub.
Səfirlikdən Day.Az-a bildirilib ki, konfransda ölkəmizin bir neçə həftə bundan öncə ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününün (WED2026) nəticələri haqqında məlumat verilib.
Azərbaycanın UN-Habitat yanında daimi nümayəndəsi, səfir Sultan Hacıyev Azərbaycanın dayanıqlı şəhərsalma və iqlim dəyişmələri proseslərinin əlaqəli təsirləri ilə bağlı əldə etdiyi təcrübə və təşəbbüsləri, ev sahibliyi etdiyi COP29, WUF13 və WED2026 kimi nüfuzlu BMT tədbirləri vasitəsi ilə verdiyi qlobal töhfələr və tarixi nəticələr barədə çıxış edib.
Konfransın bir sıra paralel tədbirlərində moderator və çıxışçı kimi iştirak edən Qlobal Cənub QHT Platformasının (GSNP) baş katibi, Azərbaycanlı Fuad Kərimli də dayanıqlı şəhərsalma və iqlim fəaliyyətində vətəndaş cəmiyyəti təşkilatlarının rolu, WUF13 QHT Forumunun əhəmiyyəti və Azərbaycanın bu müstəvidə fəaliyyəti barədə təqdimatlar edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре