https://news.day.az/azerinews/1844070.html Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib. Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

Azərbaycanca, 25 июня 2026 15:55 (UTC +04:00) 309
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransında iştirak edib.

Day.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Paylaşımda qeyd olunub ki, Ceyhun Bayramov Azərbaycanın Ukraynaya göstərdiyi davamlı humanitar dəstək barədə məlumat verib. XİN rəhbəri humanitar yardımların çatdırılması, ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi və müharibədən zərər çəkmiş icmaların bərpasına yönəlmiş layihələrin Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Azərbaycan XİN rəhbərinin çıxışında münaqişələrin humanitar nəticələrinin, o cümlədən münaqişələrdən sonrakı bərpanın aradan qaldırılmasında beynəlxalq həmrəyliyin əhəmiyyəti vurğulanıb.

Nazir Azərbaycanın Ukraynaya humanitar dəstək göstərməyə davam etməyə hazır olduğunu bir daha ifadə edib.

  • Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости