https://news.day.az/azerinews/1844198.html DÇ-2026: Türkiyə ABŞ-ni son saniyələrdə vurduğu qolla məğlub etdi - VİDEO 2026-cı il dünya çempionatının D qrupunun üçüncü turunda Türkiyə və ABŞ milliləri üz-üzə gəlib. Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, ABŞ-nin İnqlvud şəhərindəki "So-Fi" stadionunda keçirilən qarşılaşma Türkiyə yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

DÇ-2026: Türkiyə ABŞ-ni son saniyələrdə vurduğu qolla məğlub etdi - VİDEO

Azərbaycanca, 26 июня 2026 08:57 (UTC +04:00) 312
DÇ-2026: Türkiyə ABŞ-ni son saniyələrdə vurduğu qolla məğlub etdi

2026-cı il dünya çempionatının D qrupunun üçüncü turunda Türkiyə və ABŞ milliləri üz-üzə gəlib.

Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, ABŞ-nin İnqlvud şəhərindəki "So-Fi" stadionunda keçirilən qarşılaşma Türkiyə yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə millisinin heyətində qolları Arda Gülər, Orkun Kökçü və Kaan Ayxan vurublar. ABŞ yığmasının qollarına isə Oston Trasti və Sebastian Berhalter imza atıblar. Qələbə qolunu Kaan Ayxan matçın əsas vaxta əlavə olunmuş səkkizinci dəqiqəsində vurub. Bununla da Türkiyə DÇ-2026-da ilk xallarını qazanıb.

Qrup mərhələsinin yekununa əsasən, 6 xalla ABŞ yığması birinci yeri tutub. 4 xalı olan Avstraliya və Paraqvay müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Türkiyə isə 3 xalla sonuncu yeri tutub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости