https://news.day.az/azerinews/1853114.html Azərbaycan qeyri-neft ixracını artırıb Yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracı artıb.

Azərbaycan qeyri-neft ixracını artırıb

Azərbaycanca, 10 августа 2026 16:13 (UTC +04:00) 181
Azərbaycan qeyri-neft ixracını artırıb

Yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracı artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi "İxrac icmalı"nın avqust sayında qeyd olunub ki, Azərbaycanın qeyri-neft sektorunun ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2026-cı ilin yanvar-iyul aylarında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

Mərkəzin məlumatına görə, 2026-cı ilin iyul ayında qeyri-neft sektorunun ixracı ötən ilin eyni ayı ilə müqayisədə 15,8 faiz artaraq 384,8 milyon dollara çatıb.

Qeyd olunub ki, hesabat ayında ərzaq məhsullarının ixracı 123 milyon dollar, qeyri-ərzaq məhsullarının ixracı isə 261,8 milyon dollar təşkil edib və sonuncu göstərici 26 faiz artıb.

 

"Cari ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 2,6 dəfə, pambıq iplik 81,9%, bitki və heyvan mənşəli piylər və yağlar 39,5%, alüminium və ondan hazırlanan məmulatlar 39,4%, pambıq lifi 24,9 %, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3%, çay 19,5%, meyvə-tərəvəz 16,4%,spirtli və spirtsiz içkilər isə 3,0% artıb.

2026-cı ilin yanvar-iyul aylarında aqrar məhsullar üzrə ixrac 22,1% artaraq 673,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 24,8% artaraq 223,1 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,8% artaraq 896,4 milyon ABŞ dollarına bərabər olub", - deyə icmalda qeyd edilir.

Bununla yanaşı, 2026-cı ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsullarının ixracı 22,1 faiz artaraq 673,4 milyon dollar təşkil edib. Aqrar-sənaye məhsullarının ixracı isə 24,8 faiz artaraq 223,1 milyon dollara çatıb.

Vurğulanıb ki, kənd təsərrüfatı və aqrar-sənaye məhsullarının ümumi ixracı 22,8 faiz artaraq 896,4 milyon dollara çatıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости