https://news.day.az/azerinews/1853145.html Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirilib Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib:  

Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirilib

Azərbaycanca, 10 августа 2026 17:16 (UTC +04:00) 192
Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirilib

Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib:

 

"Məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti Azərbaycan prospekti - Şəmsi Bədəlbəyli küçəsi - Füzuli küçəsi - Abdulla Şaiq küçəsi - Nəriman Nərimanov prospekti - Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.

Eyni zamanda 6, 10, 31, 37, 77 və 205 nömrəli marşrutların "İçərişəhər" metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil olunub".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости