https://news.day.az/azerinews/1853182.html
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
Şahbuzda yol qəzası baş verib, ölən var. Day.Az APA-ya istinadən bildirir ki, hadisə Şahbuz-Batabat magistralında baş verib. Belə ki, "VAZ 21013" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib.
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
Şahbuzda yol qəzası baş verib, ölən var.
Day.Az APA-ya istinadən bildirir ki, hadisə Şahbuz-Batabat magistralında baş verib.
Belə ki, "VAZ 21013" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре