https://news.day.az/azerinews/1853961.html TRIPP xarici dövlətlərin qüvvələrinin Ermənistanda mövcudluğunu nəzərdə tutmur Ermənistanda həyata keçirilən TRIPP ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi xarici təhlükəsizlik qüvvələrinin iştirakını nəzərdə tutmur.

TRIPP xarici dövlətlərin qüvvələrinin Ermənistanda mövcudluğunu nəzərdə tutmur

Azərbaycanca, 14 августа 2026 16:11 (UTC +04:00) 133
TRIPP xarici dövlətlərin qüvvələrinin Ermənistanda mövcudluğunu nəzərdə tutmur

Ermənistanda həyata keçirilən TRIPP ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi xarici təhlükəsizlik qüvvələrinin iştirakını nəzərdə tutmur.

Ermənistan KİV-də yayılan məlumata görə, bunu Ermənistan parlamentinin deputatı, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyasının üzvü Sarkis Xandanyan bildirib.

"TRIPP layihəsi müstəsna olaraq infrastruktur layihəsidir, ərazi və ya hərbi baza deyil. Hər hansı digər dövlətin təhlükəsizlik qüvvələrinin iştirakı olmayacaq. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı bütün funksiyalar Ermənistan Respublikasının üzərinə düşür", - Xandanyan cümə günü parlamentdə deyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости