https://news.day.az/azerinews/1854009.html 653 km/saat sürət yığan avtomobil yaradıldı JCB şirkətinin modifikasiya edilmiş "Hydromax" avtomobili hidrogenlə işləyən nəqliyyat vasitələri arasında dünya sürət rekordunu qıraraq saatda 653,9 kilometr sürətə çatıb. Day.Az lent.az-a istinadən bildirir ki, bu barədə The Register məlumat yayıb.

653 km/saat sürət yığan avtomobil yaradıldı

Azərbaycanca, 15 августа 2026 04:20 (UTC +04:00) 204
653 km/saat sürət yığan avtomobil yaradıldı

JCB şirkətinin modifikasiya edilmiş "Hydromax" avtomobili hidrogenlə işləyən nəqliyyat vasitələri arasında dünya sürət rekordunu qıraraq saatda 653,9 kilometr sürətə çatıb.

Day.Az lent.az-a istinadən bildirir ki, bu barədə The Register məlumat yayıb.

Əslində tikinti texnikası ilə tanınan JCB bu dəfə tamamilə fərqli layihə ilə gündəmə gəlib. "Hydromax" xüsusi hazırlanmış və hidrogen yanacağı ilə işləyən mühərriklərdən istifadə edir. Avtomobilin maksimal sürəti 406 mil/saat, yəni təxminən 653,9 km/saat təşkil edib.

Bu nəticə hidrogen yanacağının yüksək performanslı nəqliyyat vasitələrində də istifadə oluna biləcəyini göstərən diqqətçəkən nümunələrdən biri hesab olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости