https://news.day.az/azerinews/1854109.html
Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası - ölən və yaralananlar var
Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. "Haber7"-nin verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus yol kənarına aşıb. Qəza nəticəsində 3 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası - ölən və yaralananlar var
Türkiyənin Diyarbəkir vilayətinin Lice rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Haber7"-nin verdiyi məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində mikroavtobus yol kənarına aşıb.
Qəza nəticəsində 3 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə barədə məlumat daxil olduqdan sonra qəza yerinə təcili tibbi yardım və jandarm qüvvələri cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırma başlanılıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре