https://news.day.az/azerinews/1854352.html Yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb - YENİLƏNİB Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb - YENİLƏNİB

Azərbaycanca, 17 августа 2026 15:16 (UTC +04:00) 151
Yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

"Təkrar risklərin aradan qaldırılması məqsədilə ailə Salyan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qeydiyyata alınıb, müntəzəm monitorinq işlərinin həyata keçirilməsi planlaşdırılıb. Erkən evlilik hallarının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğu valideynlərin nəzərinə çatdırılıb", - deyə komitədən əlavə edilib.

Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alınıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub.

Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости