Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb - FOTO
Azərbaycna Respublikasının Prezidenti İlham Əliyevin Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşü olub.
Day.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" sosial şəbəkəsindəki səhifəsində edilən paylaşımda deyilir.
"Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm.
20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə "İrpin şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi", - paylaşımda deyilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре