https://news.day.az/azerinews/1854383.html İran özünü qalib elan edib İran ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəlib, belə ki, həmin ölkələr qarşıdurmanın gedişində bəyan etdikləri məqsədlərdən heç birinə nail olmayıblar. Day.Az xəbər verir ki, bunu İran Parlamentinin sədir Məhəmməd Baqir Qalibaf bildirib.

İran özünü qalib elan edib

Azərbaycanca, 17 августа 2026 12:04 (UTC +04:00) 155
İran özünü qalib elan edib

İran ABŞ və İsraillə münaqişədə faktiki olaraq qalib gəlib, belə ki, həmin ölkələr qarşıdurmanın gedişində bəyan etdikləri məqsədlərdən heç birinə nail olmayıblar.

Day.Az xəbər verir ki, bunu İran Parlamentinin sədir Məhəmməd Baqir Qalibaf bildirib.

"Mən bunu ürəkdən deyirəm: biz bu müharibədə həm hərbi, həm də siyasi baxımdan həqiqətən qalib gəlmişik", - deyə o bildirib.

Bununla yanaşı, Qalibaf vurğulayıb ki, İranın qələbəsindən danışılması ABŞ silahlı qüvvələrinin tamamilə məğlub edildiyi anlamına gəlmir. Onun sözlərinə görə, Tehran ilk növbədə onu əsas tutur ki, ABŞ və İsrail münaqişənin əvvəlində qarşılarına qoyduqları məqsədlərə nail ola bilməyiblər.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости