https://news.day.az/azerinews/1854513.html Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.

Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

Azərbaycanca, 17 августа 2026 17:59 (UTC +04:00) 131
Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər:

 

"Artıq 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə müraciətləri əsasında sənədləri yoxlanılıb və ixtisas seçimi etmək üçün Mərkəzə dəvət olunublar.

Nəticələrə əsasən, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 104 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib".

"Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости