Uşaqlarda depressiyanın gizli əlaməti müəyyənləşdirilib
ABŞ-nin Florida Beynəlxalq Universitetinin alimləri uşaqlarda diqqəti idarə etmək qabiliyyəti ilə depressiya və təşviş əlamətləri arasındakı əlaqəni araşdırıblar.
Day.Az xəbər verir ki, 6-17 yaş arası 241 uşaq və yeniyetmənin iştirak etdiyi tədqiqatda diqqət problemlərinin emosional vəziyyətlə əlaqəli olduğu müəyyənləşib.
Araşdırmaya görə, gərgin vəziyyətlərdə fikrini cəmləməkdə çətinlik çəkən və mənfi düşüncələrdən uzaqlaşa bilməyən uşaqlarda təşviş və depressiya əlamətlərinə daha çox rast gəlinir. Həmçinin adi tapşırıqlara uzun müddət diqqət ayıra bilməmək də emosional problemlərin mümkün göstəricilərindən biri hesab olunur.
Tədqiqatçılar bildirirlər ki, yüksək akademik nəticələri olan uşaqlarda belə emosional problemlər gizli qala bilər. Buna görə məktəblərdə uşaqların psixoloji vəziyyətinə daha çox diqqət yetirilməsi, valideynlərin isə onların hisslərini sakit şəkildə müzakirə etməsi tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре