https://news.day.az/azerinews/1855120.html Televizorlarda görüntü keyfiyyətini artırmağın sadə yolu Televizorların zavod parametrlərinin hər zaman ən yüksək görüntü keyfiyyətini təmin etmədiyi bildirilir. Day.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, enerji sərfiyyatına dair tələblər səbəbindən bəzi cihazlarda daha aşağı keyfiyyətli görüntü rejimi standart olaraq aktiv olur.

Televizorlarda görüntü keyfiyyətini artırmağın sadə yolu

Azərbaycanca, 21 августа 2026 05:50 (UTC +04:00) 94
Televizorlarda görüntü keyfiyyətini artırmağın sadə yolu

Televizorların zavod parametrlərinin hər zaman ən yüksək görüntü keyfiyyətini təmin etmədiyi bildirilir.

Day.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, enerji sərfiyyatına dair tələblər səbəbindən bəzi cihazlarda daha aşağı keyfiyyətli görüntü rejimi standart olaraq aktiv olur.

Daha təbii və keyfiyyətli görüntü əldə etmək üçün televizorun parametrlərindən "Kinoteatr" (Cinema) və ya "Kinorejissor" (Filmmaker Mode) rejimini aktivləşdirmək tövsiyə edilir. Bu rejimlər film və serialların yaradıcılarının nəzərdə tutduğu rəng və görüntü balansına daha yaxın nəticə verir.

Mütəxəssislər qeyd edirlər ki, bu rejim ilk dəfə aktivləşdirildikdə ekran sarımtıl görünə bilər. Bunun səbəbi istifadəçinin zavod parametrlərindəki daha soyuq, mavi tonlara öyrəşməsi ilə əlaqələndirilir. Buna görə də televizorda ən düzgün görüntünü əldə etmək üçün "Kinorejissor" və ya "Kinoteatr" rejimini yoxlamaq məsləhətdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости