https://news.day.az/azerinews/1855185.html Güclü zəlzələ zamanı yapon həkimlərin fədakarlığı gündəm oldu - VİDEO Güclü zəlzələ zamanı cərrahi əməliyyat keçirən yapon həkimlərin göstərdiyi fədakarlıq sosial şəbəkələrdə gündəm olub. Day.Az xəbər verir ki, zəlzələ baş verən anda xəstəxanada bir neçə pasiyentin əməliyyatı davam edib. Güclü yeraltı təkanlar səbəbindən əməliyyat otağında vəziyyət çətinləşsə də, həkimlər işlərini dayandırmayıblar.

Güclü zəlzələ zamanı yapon həkimlərin fədakarlığı gündəm oldu - VİDEO

Azərbaycanca, 21 августа 2026 02:04 (UTC +04:00) 109
Güclü zəlzələ zamanı yapon həkimlərin fədakarlığı gündəm oldu

Güclü zəlzələ zamanı cərrahi əməliyyat keçirən yapon həkimlərin göstərdiyi fədakarlıq sosial şəbəkələrdə gündəm olub.

Day.Az xəbər verir ki, zəlzələ baş verən anda xəstəxanada bir neçə pasiyentin əməliyyatı davam edib. Güclü yeraltı təkanlar səbəbindən əməliyyat otağında vəziyyət çətinləşsə də, həkimlər işlərini dayandırmayıblar.

Tibb işçiləri zəlzələnin yaratdığı sarsıntıya baxmayaraq, xəstələrin həyatını təhlükəyə atmamaq üçün əməliyyatı davam etdiriblər. Görüntülərdə həkimlərin bir əlləri ilə əməliyyatı davam etdirdiyi, digər tərəfdən isə tarazlıqlarını qorumağa çalışdıqları görünür.

Həkimlərin bu davranışı sosial şəbəkələrdə böyük maraq doğurub. İstifadəçilər onların peşəkarlığını və xəstələrə olan məsuliyyətini yüksək qiymətləndiriblər.

Həmin anların görüntülərini təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости