Məktəblilərdə yanlış oturuş onurğa problemlərinə səbəb ola bilər
Məktəblilərin dərs və qadcetlərdən istifadə zamanı uzun müddət düzgün olmayan vəziyyətdə oturması onurğa sütununa ciddi zərər verə bilər.
Day.Az xəbər verir ki, Rusiyalı ortoped-travmatoloq Andrey Litvinenkonun sözlərinə görə, xüsusilə telefon və planşetdən uzunmüddətli istifadə boyun əzələlərinin daim gərgin qalmasına səbəb olur.
Mütəxəssis bildirib ki, bu vərdiş ağrılara, fəqərələrin və fəqərəarası disklərin yerdəyişməsinə gətirib çıxara bilər. Ağır hallarda isə cərrahi müdaxiləyə ehtiyac yarana bilər.
Həkim həmçinin ayaqları altına yığaraq oturmağın da düzgün olmadığını vurğulayıb. Bu cür duruş həm diz oynağının menisklərinə, həm də onurğa sütununa mənfi təsir göstərə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре