https://news.day.az/azerinews/1856781.html Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib Türkiyənin Zonquldak vilayəti sahillərində naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edilib. AZƏRTAC xəbər verir ki, bu barədə "İhlas" Xəbər Agentliyi (İHA) məlumat yayıb. Məlumata görə, Alaplı limanı yaxınlığında dənizdə dron görən balıqçılar dərhal yerli hakimiyyət orqanlarına xəbər veriblər.

Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib

Azərbaycanca, 30 августа 2026 16:48 (UTC +04:00) 217
Zonquldak sahillərində aşkarlanan naməlum PUA zərərsizləşdirilib

Türkiyənin Zonquldak vilayəti sahillərində naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə "İhlas" Xəbər Agentliyi (İHA) məlumat yayıb. Məlumata görə, Alaplı limanı yaxınlığında dənizdə dron görən balıqçılar dərhal yerli hakimiyyət orqanlarına xəbər veriblər. Hadisə yerinə dərhal Sahil Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində liman ərazisi mühasirəyə alınıb və aşkar edilən PUA nəzarətli şəkildə partladılaraq zərərsizləşdirilib. Aparatın hansı ölkəyə məxsus olduğu hələlik məlum deyil.

Qeyd edək ki, son zamanlar Türkiyənin Qara dəniz sahillərində tez-tez partlayıcı maddə daşıyan PUA qalıqlarına rast gəlinir. Bir müddət əvvəl bölgədə sahilə çıxan partlayıcı yüklü pilotsuz qayıq da istehkamçılar tərəfindən zərərsizləşdirilmişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости