https://news.day.az/azerinews/1857041.html Rusiyada miqrantlarla bağlı yeni qayda: Müayinə müddəti 30 günə endirildi Rusiyada əmək miqrantlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tələblər sərtləşdirilib.

Rusiyada miqrantlarla bağlı yeni qayda: Müayinə müddəti 30 günə endirildi

Azərbaycanca, 1 сентября 2026 09:44 (UTC +04:00) 140
Rusiyada miqrantlarla bağlı yeni qayda: Müayinə müddəti 30 günə endirildi

Rusiyada əmək miqrantlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tələblər sərtləşdirilib.

Day.Az TASS-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, miqrantların təhlükəli xəstəliklərə yoluxub-yoluxmadığının və narkotik vasitələrdən istifadə edib-etmədiklərinin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan müddət 90 gündən 30 günə endirilib.

Bundan sonra Rusiyaya 30 gündən artıq müddətə gələn əcnəbilər hər il tibbi müayinədən keçməli olacaqlar. Müayinənin xərcləri miqrantların özləri və ya onların işəgötürənləri tərəfindən qarşılanacaq.

Tibbi müayinə müvəqqəti yaşamaq və ya işləmək icazəsinin alınması üçün məcburi prosedur olacaq.

Müayinənin nəticələrinə əsasən müvafiq tibbi rəy hazırlanacaq. Əcnəbidə HİV/QİÇS, digər təhlükəli xəstəliklər və ya narkotik vasitələrdən istifadə faktı aşkarlanarsa, tibb müəssisəsi bu barədə Rusiya Daxili İşlər Nazirliyinə və "Rospotrebnadzor"a məlumat verməli olacaq.

Əldə olunan məlumatlar əcnəbilərlə bağlı müxtəlif qərarların, o cümlədən onların ölkədən çıxarılması məsələsinin nəzərdən keçirilməsi zamanı əsas götürüləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости