Həddindən artıq isti hava 33 xəstəliklə əlaqələndirildi
Yeni araşdırmaya görə, yüksək temperaturun təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır.
Day.Az xəbər verir ki, alimlər isti havanın dəri səpgiləri, kəskin böyrək çatışmazlığı, dağınıq skleroz, psixi pozuntular və həşərat dişləmələri də daxil olmaqla 33 müxtəlif diaqnozla əlaqəli olduğunu müəyyən ediblər.
Tədqiqatda 2011-2023-cü illərdə Çikaqoda isti aylarda 916 mindən çox təcili tibbi müraciət araşdırılıb. Yüksək temperaturun həmçinin diqqətin azalması və əsəbiliyin artması səbəbilə yol qəzaları, hücumlar və digər travmalarla əlaqəsi müəyyən edilib.
Mütəxəssislər xüsusilə böyrəklər və orqanizmin maye balansı ilə bağlı problemlərə diqqət yetirməyi tövsiyə edirlər. Bununla belə, araşdırmanın yalnız Çikaqo üzrə məlumatlara əsaslandığı və nəticələrin digər ölkə və şəhərlərdə də əlavə tədqiqatlarla təsdiqlənməli olduğu vurğulanır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре