https://news.day.az/azerinews/1857824.html Bu istiqamətdə yeni ekspres marşrut fəaliyyətə başlayır M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bu istiqamətdə yeni ekspres marşrut fəaliyyətə başlayır

Azərbaycanca, 4 сентября 2026 16:35 (UTC +04:00) 141
Bu istiqamətdə yeni ekspres marşrut fəaliyyətə başlayır

M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, AYNA-nın dəstəkləyici tədbirləri çərçivəsində yeni ekspres marşrut xətti təşkil edilir.

Metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün sentyabrın 6-dan M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Avtobusların "20 Yanvar" metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsi, "Velotrek" adlanan ərazinin qarşısı, "Həzi Aslanov" metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

  • Bu istiqamətdə yeni ekspres marşrut fəaliyyətə başlayır
  • Bu istiqamətdə yeni ekspres marşrut fəaliyyətə başlayır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости