https://news.day.az/azerinews/1863096.html Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - VİDEO Abşeron rayonunun Xırdalan şəhərində bir qrup sakin illərdir ki, sahib olduqları mənzillərə çıxarış ala bilmirlər. Onların sözlərinə görə, mənzilləri əldə etdikləri vaxt onlara sənədləşmə ilə bağlı müxtəlif vədlər verilib. Lakin üstündən təxminən 6 il keçməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.

Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər - VİDEO

Azərbaycanca, 28 сентября 2026 00:33 (UTC +04:00) 224
Xırdalanda sakinlər mənzillərinə çıxarış ala bilmirlər

Abşeron rayonunun Xırdalan şəhərində bir qrup sakin illərdir ki, sahib olduqları mənzillərə çıxarış ala bilmirlər. Onların sözlərinə görə, mənzilləri əldə etdikləri vaxt onlara sənədləşmə ilə bağlı müxtəlif vədlər verilib. Lakin üstündən təxminən 6 il keçməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər iddia edirlər ki, mənzillərin kommunal ödənişlərini vaxtında həyata keçirirlər, binaya hər hansı borcları yoxdur, buna baxmayaraq, mənzil mülkiyyətlərini təsdiq edən çıxarışın olmamasından ciddi narahatlıq keçirirlər.

"Narm" MTK rəhbərliyinin bildirdiyinə görə, çıxarışların verilməsi ilə bağlı sənədləşmə məsələsi üzrə onlar tərəfindən bütün zəruri prosedurlar həyata keçirilib. Məlumata görə, problem binanın bir blokunun təyinatı üzrə tikilməməsindən qaynaqlanır.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşlar və MTK arasında yaranmış məsələ ilə bağlı araşdırma aparılacaq.  

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости