https://news.day.az/azerinews/1863340.html Moskvada 2 nəfər yanan binadan özünü atıb Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində yaşayış binasında baş verən yanğın zamanı 2 nəfər yanan binadan özünü atıb. Day.Az xəbər verir ki, bu barədə paytaxt prokurorluğu məlumat yayıb. "Gecə saatlarında Kulakov küçəsində yerləşən yaşayış binasının mənzillərindən birində yanğın baş verib.

Moskvada 2 nəfər yanan binadan özünü atıb

Azərbaycanca, 29 сентября 2026 10:05 (UTC +04:00) 204
Moskvada 2 nəfər yanan binadan özünü atıb

Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində yaşayış binasında baş verən yanğın zamanı 2 nəfər yanan binadan özünü atıb.

Day.Az xəbər verir ki, bu barədə paytaxt prokurorluğu məlumat yayıb.

"Gecə saatlarında Kulakov küçəsində yerləşən yaşayış binasının mənzillərindən birində yanğın baş verib. İlkin məlumata görə, mənzildə olan qadın və kişi yanğından xilas olmaq üçün pəncərədən tullanıblar", - deyə qurumdan bildirilib.

Qadın hadisə yerində keçinib, kişi isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Yanğının başvermə səbəbi yanğın-texniki ekspertizanın nəticələrinə əsasən müəyyən ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости