https://news.day.az/azerinews/1864259.html Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub - FOTO Oktyabrın 2-də Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Kommunikasiya üzrə İşçi Qrupunun növbəti iclası Xankəndi şəhərində keçirilib.

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub - FOTO

Azərbaycanca, 2 октября 2026 18:02 (UTC +04:00) 204
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Oktyabrın 2-də Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Kommunikasiya üzrə İşçi Qrupunun növbəti iclası Xankəndi şəhərində keçirilib.

İşçi Qrupun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, regionda iqtisadi canlanma, əhalinin məşğulluğunun təmin edilməsi, dayanıqlı məskunlaşma prosesinin təşviqi və digər istiqamətlər üzrə ictimaiyyətin davamlı məlumatlandırılması, eləcə də müvafiq təbliğat və təşviqat işləri həyata keçirilir. Bu istiqamətdə kommunikasiya fəaliyyətinin daha sistemli və intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, maarifləndirmə fəaliyyəti çərçivəsində seminarlar, dəyirmi masalar, konfranslar və görüşlər təşkil olunub, müxtəlif məlumat və təbliğat materialları hazırlanaraq yayılıb. Ümumilikdə bu istiqamətdə 1600-dən çox tədbir keçirilib. 2020-ci ildən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə 400-dən çox mediatur, gənclər, ictimai fəallar və blogerlər üçün 100-dən çox infotur təşkil edilib. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin ərazilərə 22 səfəri həyata keçirilib.

Eyni zamanda, 1600-dən çox press-reliz hazırlanaraq media vasitəsilə ictimaiyyətə çatdırılıb, sosial media platformalarında müxtəlif mövzular üzrə 27 minə yaxın paylaşım edilib və həmin paylaşımlar milyonlarla sosial media istifadəçisini əhatə edib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və məskunlaşma prosesini əks etdirən çoxsaylı videomateriallar hazırlanaraq yayımlanıb.

İclas zamanı İşçi Qrupun üzvlərinin təqdimatları dinlənilib, kommunikasiya fəaliyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr, yeni təşəbbüslər və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

  • Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
  • Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
  • Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
  • Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
  • Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
  • Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
  • Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
  • Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости