https://news.day.az/azerinews/1864394.html Sürət endirildi: Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirildi. Day.Az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib.

Sürət endirildi: Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanca, 3 октября 2026 14:01 (UTC +04:00) 251
Sürət endirildi: Hava şəraiti ilə bağlı sürücülərə

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi, portallarda "sürüşkən yol" işarəsi aktivləşdirildi.

Day.Az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib.

Bildirilib ki, hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat  endirilib. 

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости