https://news.day.az/azerinews/1864719.html Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTO Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTO

Azərbaycanca, 5 октября 2026 14:57 (UTC +04:00) 232
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Day.Az-a verilən məlumata görə, xidmətin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sentyabr ayının 30-da ümumi çəkisi 6 kiloqram 205 qram narkotik vasitə, oktyabr ayının 2-də isə "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 1160 ədəd psixotrop tərkibli Pregabalin - 150 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости