https://news.day.az/azerinews/1865754.html ABŞ Səudiyyə Ərəbistanında olan vətəndaşlarını xəbərdar edib ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi Ər-Riyaddakı hava limanına hücumlardan sonra Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallıq ərazisində hərbi əməliyyatların genişlənməsi riskinin olduğunu bildirib. Day.Az xəbər verir ki, bu barədə diplomati missiyanın bəyanatında deyilir.

ABŞ Səudiyyə Ərəbistanında olan vətəndaşlarını xəbərdar edib

Azərbaycanca, 9 октября 2026 15:37 (UTC +04:00) 206
ABŞ Səudiyyə Ərəbistanında olan vətəndaşlarını xəbərdar edib

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi Ər-Riyaddakı hava limanına hücumlardan sonra Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallıq ərazisində hərbi əməliyyatların genişlənməsi riskinin olduğunu bildirib.

Day.Az xəbər verir ki, bu barədə diplomati missiyanın bəyanatında deyilir.

"Ənsar Allah" hərəkatı Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparır, o cümlədən mülki hava limanlarına hücumlar edir. Hərbi münaqişə daha da kəskinləşə bilər", - deyə səfirliyin bəyanatında qeyd olunub.

Səfirlik, həmçinin ABŞ vətəndaşlarına Yəmənlə sərhəddə yerləşən ərazilərə səfər etməməyi və ayıq-sayıq olmağı tövsiyə edib.

Daha əvvəl Səudiyyə Ərəbistanının hakimiyyət orqanları Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edildiyini bildiriblər. Yerli qurumların məlumatına görə, krallığın azı üç vətəndaşı həlak olub, daha bir neçə nəfər yaralanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости