https://news.day.az/azerinews/1866634.html Toyuq dönərlərində yad cisimlər aşkarlanır - ARAŞDIRILIR - FOTO - VİDEO "Halal Food" MMC tərəfindən istehsal olunan toyuq dönərlərinin keyfiyyəti ilə bağlı şikayət var. Day.Az xəbər verir ki, Milli.Az-a müraciət edən sahibkar Yusif Qardaşzadənin iddiasına görə, məhsullarda dəfələrlə tük və digər yad cisimlər aşkarlanıb.

Toyuq dönərlərində yad cisimlər aşkarlanır - ARAŞDIRILIR - FOTO - VİDEO

Azərbaycanca, 13 октября 2026 11:54 (UTC +04:00) 187
Toyuq dönərlərində yad cisimlər aşkarlanır

"Halal Food" MMC tərəfindən istehsal olunan toyuq dönərlərinin keyfiyyəti ilə bağlı şikayət var.

Day.Az xəbər verir ki, Milli.Az-a müraciət edən sahibkar Yusif Qardaşzadənin iddiasına görə, məhsullarda dəfələrlə tük və digər yad cisimlər aşkarlanıb.

O bildirilib ki, toyuq dönərlərində müşahidə olunan bu hallar məhsulların keyfiyyəti və sanitariya-gigiyena tələblərinə uyğunluğu ilə bağlı narahatlıq yaradıb.

Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı istehsalçı şirkətə dəfələrlə müraciət edilsə də, şikayətin həll olunmadığı və dəymiş zərərin qarşılanmadığı iddia olunur.

Onun sözlərinə görə, bu cür hallara aydınlıq gətirilməsi istehlakçıların sağlamlığının qorunması baxımından vacibdir. 

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı AQTA-ya sorğu ünvanladıq. Məsələ ilə bağlı AQTA-dan bildirildi ki, məsələ nəzarətə götürülüb hazırda araşdırılır.

  • Toyuq dönərlərində yad cisimlər aşkarlanır
  • Toyuq dönərlərində yad cisimlər aşkarlanır
  • Toyuq dönərlərində yad cisimlər aşkarlanır
  • Toyuq dönərlərində yad cisimlər aşkarlanır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости