Bəzi kolleclərin fəaliyyəti dayandırılacaq - Təkliflər var - VİDEO
Bəzi kolleclərin fəaliyyətinin dayandırılması, digərlərinin isə ali təhsil müəssisələrinin tərkibinə verilməsi nəzərdə tutulur. Milli Məclisin Elm və Təhsil Komitəsindən verilən məlumata görə, qəbul planını doldurmayan, eyni və ya oxşar ixtisaslar üzrə kadr hazırlayan kolleclərin birləşdirilməsi və təhsil keyfiyyətinin artırılması hədəflənir.
Day.Az xəbər verir ki, Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, kolleclər bağlanarsa, hazırda təhsil alan tələbələrin təhsildən kənarda qalmasına yol verilməyəcək və onların təhsillərini davam etdirmələri üçün şərait yaradılacaq. Dəyişikliklər zamanı kolleclərin ixtisas istiqamətləri də nəzərə alınmalı, müəllimlərin iş imkanları qorunmalıdır.
Müzakirələr çərçivəsində tibb kolleclərinin tibb universitetinin, Lənkəran Sosial-İqtisadi Kollecinin isə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdinə verilməsi ehtimalı da var. Bununla belə, məsələ hələ müzakirə mərhələsindədir və konkret qərar açıqlanmayıb.
Ətraflı "ATV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре