https://news.day.az/azerinews/1866999.html Laos AQEM-ə üzv olur - FOTO Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə bağlı yekun qərarın oktyabrın 15-də Bakıda keçiriləcək Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, təşkilatın üzv dövlətlərinin sayı 29-a çatacaq.

Laos AQEM-ə üzv olur - FOTO

Azərbaycanca, 14 октября 2026 16:02 (UTC +04:00) 191
Laos AQEM-ə üzv olur

Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə bağlı yekun qərarın oktyabrın 15-də Bakıda keçiriləcək Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, təşkilatın üzv dövlətlərinin sayı 29-a çatacaq.

Day.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilən məlumata görə, oktyabrın 14-də Bakıda Laosun AQEM-ə üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Laosun Baş nazirinin müavini və xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM-in baş katibi Kairat Sarıbay, eləcə də təşkilatın təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Tədbir zamanı Thonqsavan Fomvihan AQEM-in əsas təsisedici sənədləri olan 14 sentyabr 1999-cu il tarixli "Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında Bəyannamə"ni və 4 iyun 2022-ci il tarixli Almatı Aktını imzalayıb.

İmzalanma mərasimində çıxış edən Azərbaycan və Laosun xarici işlər nazirləri, eləcə də AQEM-in baş katibi Laosun təşkilata üzvlüyünün əhəmiyyətini vurğulayıb, ölkəni bu münasibətlə təbrik edib və gələcək üzvlüklə bağlı xoş arzularını ifadə ediblər.

  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
  • Laos AQEM-ə üzv olur
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости