https://news.day.az/azerinews/1867000.html Tacikistan Prezidenti Azərbaycana gəlir Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak etmək üçün Bakıyaya yola düşüb. Day.Az xəbər verir ki, bu barədə Tacikistanın "Xobar" Milli İnformasiya Agentliyi məlumat yayıb.

Tacikistan Prezidenti Azərbaycana gəlir

Azərbaycanca, 14 октября 2026 16:00 (UTC +04:00) 183
Tacikistan Prezidenti Azərbaycana gəlir

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak etmək üçün Bakıya yola düşüb.

Day.Az xəbər verir ki, bu barədə Tacikistanın "Xobar" Milli İnformasiya Agentliyi məlumat yayıb.

Tacikistan Prezidenti Emoməli Rəhmonu Düşənbə Beynəlxalq Hava Limanında Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisinin sədri, Ali Məclisin Nümayəndələr Məclisinin sədri, ölkənin baş naziri, Tacikistan Respublikası Prezidentinin İcra Aparatının rəhbərinin birinci müavini və digər rəsmi şəxslər yola salıblar.

Səfər zamanı Tacikistan Prezidentini xarici işlər naziri, Prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, ölkənin Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər müşayiət edirlər.

Qeyd edək ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) VII sammiti keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости