Həkim xəbərdarlıq etdi: Piylənmə xərçəng riskini artıra bilər
Rusiyalı onkoloq Levan Vardayevin sözlərinə görə, piylənmə yalnız diabet və ürək-damar xəstəlikləri deyil, bəzi xərçəng növlərinin də yaranma riskini artıra bilər.
Day.Az xəbər verir ki, artıq çəki xüsusilə endometrium, qida borusu, qaraciyər, böyrək, mədəaltı vəzi və bağırsaq şişləri ilə əlaqələndirilir.
Mütəxəssis bildirib ki, piylənmə zamanı maddələr mübadiləsi və hormonal balans dəyişir, insulin səviyyəsi yüksələ və orqanizmdə xroniki iltihab yarana bilər. Bu amillər bəzi şişlərin inkişafı üçün əlverişli şərait formalaşdırır.
Həkim artıq çəki ilə mübarizədə düzgün qidalanma və fiziki aktivliyin vacibliyini vurğulayıb. Zərurət olduqda dərman müalicəsi, ağır piylənmə hallarında isə bariatrik cərrahiyyə tətbiq edilə bilər. Müalicə üsulu hər bir şəxsin vəziyyətinə uyğun müəyyənləşdirilməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре