https://news.day.az/azerinews/1867285.html Ehtiyatda olan xüsusi təyinatlılar təlimlərə cəlb olunub - FOTO Cari ilin hazırlıq planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir. Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ehtiyatda olan xüsusi təyinatlılar təlimlərə cəlb olunub - FOTO

Azərbaycanca, 15 октября 2026 16:03 (UTC +04:00) 194
Ehtiyatda olan xüsusi təyinatlılar təlimlərə cəlb olunub

Cari ilin hazırlıq planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir.

Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toplanış zamanı hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılıb, ixtisas hazırlığına uyğun məşğələlər təşkil olunub.

Məşğələlərdə şəxsi heyətə atıcı silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, həmçinin xəritə üzərində fəaliyyətlər nəzəri və praktiki olaraq yerinə yetirilib.

Təlim toplanışı zamanı, iştirakçılara ordumuzun arsenalında olan müxtəlif silah və texnika, rabitə vasitələrindən istifadə, həmçinin ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.

Sonra plana uyğun olaraq hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

  • Ehtiyatda olan xüsusi təyinatlılar təlimlərə cəlb olunub

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости