https://news.day.az/azerinews/1867713.html Qida zəhərlənməsindən 88 nəfər xəstəxanaya yerləşdirilib Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edənlərin sayı 88-ə çatıb. Day.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı özünü pis hiss edən şəxslərin bir qisminin Kayabağlar qəsəbəsindəki müəssisədən alınan toyuq dürüm yediyi müəyyənləşdirilib.

Qida zəhərlənməsindən 88 nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycanca, 17 октября 2026 10:18 (UTC +04:00) 128
Qida zəhərlənməsindən 88 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Siirt vilayətinin Kurtalan rayonunda qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edənlərin sayı 88-ə çatıb. 

Day.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı özünü pis hiss edən şəxslərin bir qisminin Kayabağlar qəsəbəsindəki müəssisədən alınan toyuq dürüm yediyi müəyyənləşdirilib.

Məhsulların bir hissəsinin məktəb bufetindən qablaşdırılmış şəkildə, digər hissəsinin isə birbaşa müəssisədən alındığı bildirilir. Hadisənin səbəbinin müəyyənləşdirilməsi üçün nümunələr götürülüb, müəssisə sahibi isə istintaq çərçivəsində saxlanılıb.

Siirt vilayətinin səhiyyə müəssisələrində xəstələrin müayinə və müalicəsi davam edir. AK Partiyanın vilayət sədri Abdulhekim Gider və İl Milli Təhsil müdiri İlhan Saz xəstəxanada müalicə alanlara baş çəkərək onların vəziyyəti ilə maraqlanıblar.

Qeyd edək ki, zəhərlənənlərin 77-si şagird, 11-i isə digər şəxslərdir. Xəstələrdən 55-nə ambulator yardım göstərilib, 33 nəfər isə stasionar müalicəyə alınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости