İraqda daha bir partlayış:

Day.Az представляет новость на азербайджанском языке

İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən Mikdadiya qəsəbəsində törədilən növbəti terror aktı nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Report-un "BBC"-yə istinadən verdiyi məlumata görə, kamikadzelərinin törətdiyi partlayış nəticəsində azı 50 nəfərin yaralandığı qeyd olunur.

Zərərçəkənlər arasında həm polislər, həm də dinc sakinlər var. 

BMT baş katibi Pan Gi Mun onlarla dinc sakinin ölümünə səbəb olan terror aktını kəskin şəkildə pisləyib. Pan Gi Mun: "Terrorçular İraqın billiyini pozmağa çalışırlar", - deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.