https://news.day.az/azerinews/782284.html Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşdi

Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşdi

Azərbaycanca, 19 мая 2016 14:41 (UTC +04:00) 702
Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşdi

Day.Az представляет новость на азербайджанском языке

Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib.

Day.Az bildirir ki, bu barədə Trend-ə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Ümumdünya Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov olacaq. Ümumilikdə olimpiada vaxtı 200-ə yaxın hakim partiyalara nəzarət edəcək. Baş hakimin köməkçiləri Anastasiya Sorokina və Mahdi Abdulrahim olacaq.

FİDE Hakimlər Komissiyasının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости