Tanınmış xanəndəmizin ölüm xəbəri yayıldı

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış gənc xanəndə Elnur Zeynalovun dünyasını dəyişdiyi deyilir. Deyilənə görə, buna səbəb avtomobil qəzası olub. Milli.Az xanəndə ilə əlaqə saxlayıb, məşhur yayılan bu xəbərləri əsassız adlandırıb:

"Sosial şəbəkədə bu xəbəri gördüm. Mənə zəng edən dostlarım telefonu gec götürdüyüm üçün şübhələniblər. Bildiyiniz kimi, hava qarlı və şaxtalı keçdi. Dünən kiçik bir avtomobil qəzası keçirdim. Düzdür, xoşbəxtlikdən, çox ziyan çəkmədim. Yüngülvari əzilmişəm, amma salamatam. Evdəyəm, ailəmin yanındayam".

Qeyd edək ki, Elnur Zeynalov Opera və Balet Teatrınnı solistidir. O səhnənin ən gənc Məcnunudur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.