Nazir: "Bolqarıstan SOCAR-ı özünün neft məhsulları bazarında görmək istəyir"

Day.Az представляет новость на азербайджанском языке

Bolqarıstan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) öz neft məhsulları bazarına çıxmasını dəstəkləyir.

Bunu eksklüziv olaraq Trend-ə Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Nikolay Pavlov deyib.

Nazir bunun tərəflər üçün səmərəli olacağını qeyd edib: "Bir neçə il əvvəl SOCAR-ın Bolqarıstanın neft məhsulları bazarına çıxışı imkanları müzakirə edilib. Biz öz bazarımıza yeni iştirakçıların qatılmasını dəstəkləyirik, çünki bu, yanacaq qiymətlərinə və xidmətlərə müsbət təsir göstərəcək".

N.Pavlov qeyd edib ki, Bolqarıstan Azərbaycanla energetika sahəsində əməkdaşlığı yüksək qiymətləndirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.