Lavrov: "Tramp Administrasiyasının real niyyətlərini bilməliyik"

Day.Az представляет новость на азербайджанском языке

"Moskva ABŞ-ın mövqeyini, Tramp Administrasiyasının real niyyətlərini bilməlidir".

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Moskvada ABŞ dövlət katibi Reks Tillersonla keçirilən görüşdə Rusiya XİN rəhəbri Sergey Lavrov deyib.

Qeyd edək ki, R.Tillerson ötən gün Rusiyaya rəsmi səfərə gəlib.

X X X

"Moskva hesab edir ki, ABŞ-ın Suriyaya raket zərbəsi endirməsi təkrar olunmamalıdır".

Day.Az azvision.az-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla görüşü zamanı deyib.

Rusiyalı nazir Tillersonun səfərinin Suriya məsələsində əməkdaşlıq və antiterror cəbhəsi yaradılması baxımından uğurlu vaxta təsadüf etdiyini vurğulayıb: 

"Moskva üçün Tramp administrasiyasının real niyyətini anlamaq olduqca vacibdir. Biz hər zaman kollektiv fəaliyyətin tərəfdarıyıq. Mövqeyimiz dəfələrlə amerikalı həmkarlarımızın diqqətinə çatdırılıb. Bizim üçün sizin mövqeyinizi, ABŞ-ın mövqeyini, administrasiyanızın real niyyətini anlamaq vacibdir. Ümid edirik ki, bu gün bu yolda irəliyə gedəcəyik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.