https://news.day.az/azerinews/887794.html Üztanıma texnologiyası sayəsində 27 ildən sonra valideynlərini tapdı

Üztanıma texnologiyası sayəsində 27 ildən sonra valideynlərini tapdı

Azərbaycanca, 17 апреля 2017 19:41 (UTC +04:00) 1 089
Üztanıma texnologiyası sayəsində 27 ildən sonra valideynlərini tapdı

Day.Az представляет новость на азербайджанском языке

"Baidu" şirkətinin üztanıma texnologiyası Çinin 33 yaşlı sakininə 27 ildən sonra valideynlərini tapmasına səbəb olub.

Day.Az lent.az-a istinadən xəbər verir ki, 6 yaşlı Fu Qui 1990-cı ildə məktəbdən qayıdarkən naməlum şəxslər tərəfindən qaçırılıb.
 
Bir ailə tərəfindən övladlığa götürülən uşaq adını və doğum yerini xatırlamayıb. 2009-cu ildə o, 10 yaşına aid uşaqlıq fotosunu valideynlərini axtaran insanlara yardım məqsədilə yaradılan "Baobeihuijia" ("Körpə, evə qayıt!") saytında paylaşıb. Bu ilin yanvarında isə əsl atası Funun 4 yaşında çəkilmiş fotosunu yayıb.
 
Fotolar müxtəlif yaşlarda çəkilsə də, "Baidu"nun üztanıma texnologiyası onların arasında uyğunluq tapıb, DNA testi isə saytın ehtimalını təsdiqləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости