"Ciddi maneələr mövcuddur"
Day.Az представляет новость на азербайджанском языке
"Biz ATƏT tərəfdən Dağlıq Qarabağ, Denstryanı münaqişələrin həllinə yardım etmək təşəbbüsünü görürük".
Day.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ATƏT Qafqazda stabilliklə bağlı Cenevrə müzakirələrində aktiv iştirak edir: "Bütün bu sadalanan istiqamətlərdə həll uğrunda irəliləmənin qarısında ciddi maneələr mövcuddur. Lakin bütün əlaqədar tərəflər kompromislər üçün şərait yaratmaq niyyətindədir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре