https://news.day.az/azerinews/939994.html Nadir: "Elə bilirlər ki, Azərbaycanı birdəfəlik tərk edirəm"

Nadir: "Elə bilirlər ki, Azərbaycanı birdəfəlik tərk edirəm"

Azərbaycanca, 10 октября 2017 19:30 (UTC +04:00) 455
Nadir: "Elə bilirlər ki, Azərbaycanı birdəfəlik tərk edirəm"

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Nadir Qafarzadə "Sən olmasan olmaz" adlı yeni mahnısını təqdim edib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, bəstənin sözləri Nurlan Hatəmoğluna, musiqisi Ruslan Səfəroğluna məxsusdur. 

"Repertuarıma daxil etdiyim mahnılara öz övladım kimi yanaşıram. Mahnılarım mənim üçün doğmadır. Bunu hər kəs anlamaz. Şükür edirəm ki, bu günə qədər müxtəlif janrlarda mahnılara müraciət eləmişəm" deyə, sənətçi bildirib. 

N.Qafarzadə deyib ki, bu gün istirahətə yollanır:

"Dubaya gedirəm. Bir müddət başım bu şou-biznesin bu səs-küyündən uzaq olacaq. Bəziləri elə bilirlər ki, Azərbaycanı birdəfəlik tərk edirəm. Amma mənim üçün doğma yurdum bir başqadır. Yəni məni Azərbaycandan getməyə məcbur edən səbəb yoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости