"1 aydan sonra "siz belə vermisiniz" deyəndə DYP güzəşt etməyəcək"

13 октября 2017 17:12

Day.Az представляет новость на азербайджанском языке

Avtomobillərin dövlət qeydiyyat nişanındakı bəzi cizgilərin (defis, haşiyə) yerində olmaması ilə bağlı söhbət deyəsən, ciddi ajiotaj yaradıb. Doğrudan da, standartdan belə kənaraçıxma halları çoxdur. Bunların bəzilərini, xüsusən də, haşiyənin olmamasını sürücülər ediblər, amma bəzi sürücülərə qeydiyyat nişanı elə defislərsiz verilib.


Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert Ərşad Hüseynov bildirib.


DYP-nin bu nöqsanların aradan qaldırılması 1 ay vaxt verdiyini xatırladaq ekspertin sözlərinə görə, bu 1 aylıq müddət 2 səbəbdən verilib:

"Birincisi, vaxtilə DYP-nin qeydiyyat, imtahan, texniki baxış şöbələrində defissiz verilmiş nömrələrin elə həmin şöbələrin özündə qaydaya salınması təmin edilsin. Hətta Baş DYP İdarəsinin rəsmisi deyib ki, kimin avtomobilinin nömrəsində defislər yoxdursa, gəlsinlər, ödənişsiz aradan qaldırılacaq. Əslində, bu o deməkdir ki, gətirin səhvimizi düzəldək.

İknicisi, nəqliyyat vasitəsini eyniləşdirməkdə heç bir problem yaratmayan bu xırda kənaraçıxmaya görə sürücüləri dərhal cərimələməyə yol verilməsin".

Ona görə də Ə.Hüseynov qeyd edib ki, kimin avtomobilinin nömrəsində bu cizgilər yoxdursa, müddətdən istifadə edib düzəltdirsin: "Amma 1 aydan sonra "siz belə vermisiniz" deyəndə DYP güzəşt etməyəcək ki, niyə gedib düzəltdirməmisiniz..."

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.