https://news.day.az/azerinews/945579.html "Mitinqi işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb" - Mətbuat Şurası Day.Az представляет новость на азербайджанском языке Azərbaycan Mətbuat Şurası Milli Şuranın oktyabrın 28-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı keçmiş "Məhsul" stadionunda düzənlədiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

"Mitinqi işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb" - Mətbuat Şurası

Azərbaycanca, 28 октября 2017 20:49 (UTC +04:00) 472
"Mitinqi işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Mətbuat Şurası Milli Şuranın oktyabrın 28-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı keçmiş "Məhsul" stadionunda düzənlədiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Day.Az Trend-ə istinadən bildirir ki, Mətbuat Şurasından verilən məlumata görə, aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb. Media nümayəndələrinə öz işlərini sərbəst həyata keçirilmələri üçün hər cür şəraitin yaradıldığı diqqət çəkib. Qrupun üzvlərinə bununla əlaqədar da hansısa narazılıq ünvanlanmayıb.

Lakin monitorinq qrupu aksiyanı işıqlandıran jurnalistlərin əksər hissəsinin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olmadıqlarını qeydə alıb. Oxşar hal demək olar, bütün əvvəlki aksiyalar zamanı da müşahidə edilib.

Bu vacib təhlükəsizlik tədbirinə etinasız yanaşılması təəssüf doğurur. Mətbuat Şurası bildirir ki, belə yanaşma jurnalistlərin hər hansı xoşagəlməz durumla, ekstremal vəziyyətlə üzləşəcəkləri təqdirdə onların hüquqlarının müdafiəsini tam mümkünsüz edir.

Şura bir daha kütləvi informasiya vasitələrinin əməkdaşlarına, ayrı-ayrı müstəqil jurnalistlərə müraciət edərək, onları mitinqlər və digər bu sayaq kütləvi xarakter daşıyan aksiyalar zamanı üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olmağa, bu vacib təhlükəsizlik tədbirinə mütləq qaydada əməl etməyə çağırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости