https://news.day.az/azerinews/945584.html Sabah bu saatda nə baş verəcək? - Telefonlarınıza diqqət edin... Day.Az представляет новость на азербайджанском языке Bu həftənin bazar günü dünyanın təxminən 70 ölkəsində yay vaxtından qış vaxtına keçid edilməsi üçün saatların əqrəbləri bir saat geri çəkiləcək. Dünyanın 130-dək ölkəsində, o cümlədən Azərbaycanda saatların əqrəbləri geri çəkilməyəcək.

Sabah bu saatda nə baş verəcək? - Telefonlarınıza diqqət edin...

Azərbaycanca, 28 октября 2017 21:25 (UTC +04:00) 3 020
Sabah bu saatda nə baş verəcək?

Day.Az представляет новость на азербайджанском языке

Bu həftənin bazar günü dünyanın təxminən 70 ölkəsində yay vaxtından qış vaxtına keçid edilməsi üçün saatların əqrəbləri bir saat geri çəkiləcək.

Dünyanın 130-dək ölkəsində, o cümlədən Azərbaycanda saatların əqrəbləri geri çəkilməyəcək. Lakin oktyabrın 29-da bir sıra telefon, o cümlədən smartfonlarda, habelə kompüterlər və digər İKT sistemlərində saatların avtomatik olaraq bir saat geri çəkiləcəyi istisna edilmir.
Day.Az metbuat.az-a istinadən bildirir ki,"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Güzdüz deyir ki, bu proseslə bağlı bir neçə il öncə aidiyyatı dövlət qurumları tərəfindən zəruri tədbirlər görülmədiyinə görə, ciddi problemlər oldu:
"Zamanında qərarın icrası ilə bağlı işlər aparılmalı idi. Dünyada saat xidmətini diqtə edən qlobal şirkətlər var.  Sonradan problemlərin yaranmaması üçün həmin şirkətlərlə iş aparmaq lazım idi. Lakin son dövrlərdə bunlar getdikcə səngiyir. Bu il isə əsas problemlər daha çox köhnə əməliyyat sistemi, proqram təminatı işlədənlərdə ola bilər. Bu səbəblə, aidiyyatı dövlət qurumları vətəndaşlara xəbərdarlıq etsələr yaxşıdır.
Dünyada saatla bağlı məlumatın toplanıldığı vahid bir nöqtə var. Həmin nöqtədən informasiya götürülür. Proqram, avadanlıq istehsal edən şirkətlər məhsulun yaddaşına saatın göstəricisini yazmaq üçün məhz həmin mərkəzə müraciət edirlər. Həmin şirkətlər üçün İT bazarı kiçik ölkələr maraqlı deyil. Məsələn, "Microsoft", "Lenovo", "Apple", "Google" kimi böyük şirkətlər üçün bizim bazar balacadır. Onlar üçün Azərbaycan bazarı maraqsız və əhəmiyyətsizdir. Dövlət qurumları bu məsələni gündəmdə saxlasalar yaxşıdır".
Qeyd edək ki, sabah saatlarınızı divar saatlarına uyğunlaşdırmağı unutmayın!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости