Azərbaycan ərazisinə çaylarla "təhlükə" gəlir - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Ölkəmizdən axan çaylarda bu il sululuq müşahidə olunur. Həm əvvəlki aylara, həm də ötən ilə nisbətən çayların su səviyyəsi artıb.bununla yanaşı Kür və Araz çaylarında bu il çirklənmə səviyyəsi də yüksəlib.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda çayların sululuq səviyyəsi artıb.Ötən aya nisbətən Kür çayında 20 % artma müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin apardıqları monitorinqlərə əsasən Kür və Araz çayları ilə yanaşı respublika ərazisində 36 çayda da sululuq səviyyəsi artıb.
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazovanın sözlərinə görə ötən illə müqayisədə bu il çaylarda çirklənmə də artıb.Xüsusi ilə də Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
Çaylarda sululuq artsa da hələlik hər hansı bir ərazinin subasması gözlənilmir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре