Diş pastasını belə istifadə etdinizmi?
Day.Az представляет новость на азербайджанском языке
Səhər-axşam dişimizi təmizləmək üçün istifadə etdiyimiz diş məcununun bu istifadələri sizi çox təəccübləndirəcək.
Day.Az deyerler.org-a istinadən bildirir ki, ağcaqanadın dişlədiyi yerə qarşı kiçik miqdarda diş məcunu istifadə etsəniz, qıcıqlanmanın qarşısını alacaq və şişkinlik keçəcək.
Siqaretdən saralan dırnaqlarınızı diş məcunu ilə fırçalasanız ağardığını görəcəksiniz.
Tavalarda olan ləkələri diş məcunu ilə asanlıqla təmizləyə bilərsiniz.
Ayaqqabı ləkələrindən diş məcnunun köməkliyi ilə xilas ola bilərsiniz.
Yatmaqdan əvvəl sızanağın üzərinə az miqdarda diş məcunu sürtün və səhər yaxalayın. Qızartı və şişkinlik keçəcək.
Dəniz eynəkləriniz davamlı buxarlı olursa, diş məcunu sürtün və bol miqdarda su ilə yaxalayın.
Soğan və ya sarımsaq kimi əldə qoxusu yaradan qidalara qarşı diş məcunu çox təsirlidir. Əllərinizi diş məcunu ilə yuyun.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре