https://news.day.az/azerinews/945754.html Dünyanın gündəmini zəbt edən möhtəşəm FOTO - VİDEO Day.Az представляет новость на азербайджанском языке "Vəhşi təbiətin ən yaxşı fotoqrafı-2017" müsabiqəsinin qalibi bəlli olub.

Dünyanın gündəmini zəbt edən möhtəşəm FOTO - VİDEO

Azərbaycanca, 29 октября 2017 18:33 (UTC +04:00) 1 520
Dünyanın gündəmini zəbt edən möhtəşəm FOTO - VİDEO

Day.Az представляет новость на азербайджанском языке

"Vəhşi təbiətin ən yaxşı fotoqrafı-2017" müsabiqəsinin qalibi bəlli olub.

Day.Az musavat.com-a istinadən xəbər ki, Londonun Təbiətşünaslıq Muzeyinin hər il keçirdiyi "İlin ən yaxşı vəhşi təbiət fotoqrafı" (Wildlife Photographer of the Year Competition) adlı müsabiqəyə 92 ölkədən 50 min fotoqraf qatılıb. Bu il birinci seçilən fotoqraf Brent Stirton qalib olması ilə yanaşı, çəkdiyi foto ilə də dünya gündəmini zəbt edib.

Brentin Cənubi Amerikada qeyri-qanuni ov zamanı çəkdiyi foto vəhşi təbiətin gerçək anlamıyla iç üzünü ortaya qoyub.

Kərgədanı bu hala salan ovçuların qorunan parka gizlincə girdikləri iddia olunur.

Ovçular bu məsum heyvanı əvvəlcə susdurucu tapanca ilə yaralayıblar, daha sonra elektron mişarla onun buynuzunu kəsiblər.

Qeyd edək ki, kərgədanın buynuzu kəsildikdən sonra Çin və ya Vyetnama dərman fabriklərinə yüksək qiymətlərə satılır. Kilosu 25-30 min avroya satılan kərgədanın buynuzunu toz halına gətirərək müxtəlif dərman preparatları hazırlayırlar. Bu, daha çox cinsi istəyi artıran dərmanlar üçün istifadə olunur.

Ovçuların ucbatından artıq bu kərgədanların nəsli tükənmək üzrədir.

Hadisə ilə bağlı araşdırmalar aparan təhlükəsizlik xidməti ilə birlikdə işləyən fotoqraf Brent Stirton ən azı 30 belə kərgədanın öldürülməsinin şahidi olduğunu deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Dünyanın gündəmini zəbt edən möhtəşəm FOTO

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости