İŞİD Ronaldudan nə istəyir?
Day.Az представляет новость на азербайджанском языке
İŞİD terror təşkilatı "2018 Dünya Kuboku"nu dünyaca məşhur futbolçuların posterləri ilə təhdid etməkdə davam edir.
Day.Az publika.az-a istinadən xəbər verir ki, terrorçular bu dəfə "Real" klubunun hücumçusu Kriştianu Ronaldunu hədəf alıb.
Onlar Ronaldunun diz çökdüyü yerdə təsvir edilən fotosunu paylaşıblar. Fotonun altına isə "söylədiklərimiz eşitdiyiniz deyil, görüdüyünüz şeylərdir. Sadəcə gözləyin. Biz də gözləyirik" yazıblar.
Qeyd edək ki, İŞİD daha öncə də Lionel Messini gözündən qan axarkən, Neymara işgəncə verərəkən təsvir edilən posterlərini paylaşıb və təhdid mesajları yazmışdı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре