https://news.day.az/azerinews/948735.html "Bundan xoflanmaq lazım deyil" Day.Az представляет новость на азербайджанском языке Azərbaycanda insanlar arasında qripə yoluxma halları olsa da, xəstələnmə halları epidemioloji həddi keçməyib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

"Bundan xoflanmaq lazım deyil"

Azərbaycanca, 8 ноября 2017 21:40 (UTC +04:00) 491
"Bundan xoflanmaq lazım deyil"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda insanlar arasında qripə yoluxma halları olsa da, xəstələnmə halları epidemioloji həddi keçməyib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

O qeyd edib ki, ölkədə qriplə xəstələnmə halları az qeydə alınır: "Qrip bütün dünyada var, o cümlədən də Azərbaycanda. Amma ölkəmizdə nə qrip, nə də qripə bənzər xəstəliklərlə yoluxma epidemioloji həddi keçməyib. Əgər hər 1000 nəfərdən 10-u qripə yoluxubsa, bu, adi haldır. Bundan xoflanmaq lazım deyil. Bu xəstəliyin Azərbaycandan da çox yayıldığı ölkələr var".

Azərbaycanda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparıldığını deyən baş epidemioloq əlavə edib ki, ölkəmizdə qriplə xəstələnmə epidemioloji həddi keçmədiyi üçün Səhiyyə Nazirliyi tərəfindən qripə qarşı peyvənd işi aparılmır və buna hazırda ehtiyac yoxdur: "Qripə qarşı peyvənd olunmaq istəyənlər özəl müəssisələrə müraciət edə bilərlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости